Rustem Umerov: Silahların yarısı Ukraynaya vaxtında çatmadığından cəbhədə problem yaranır
Kiyev, 25 fevral, AZƏRTAC
Silahların yarısı Ukraynaya vaxtında çatmır. Bu, cəbhədə işi çətinləşdirir.
AZƏRTAC-ın "Ukrayna. İl 2024" forumunda iştirak edən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu forumda çıxışı zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov söyləyib.
“Vəziyyət həmişə dinamik, daim dəyişən olduğundan 50 faizi (red. - silahların) vaxtında gəlmir. Rusiyaya baxsaq, onların iqtisadiyyatı təqribən 2 trilyondur və 15 faizə qədərini müharibəyə sərf edir, bu da 150 milyard dollardan çoxdur”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, gecikmələr olarsa, Ukrayna insanlarını və ərazilərini itirəcək: “Bu, müttəfiqlərin vaxtında təchizatı təmin etməli olduğu müharibədir, çünki tarixdə heç vaxt hava üstünlüyü olmayan müharibə olmayıb”, - deyə Umerov əlavə edib.
O vurğulayıb ki, Ukrayna mümkün və qeyri-mümkün hər şeyi edir, lakin silahların vaxtında tədarükü olmadan iş çətinləşir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]