MƏDƏNİYYƏT
Saara Aaolto Finlandiyanı “Eurovision” müsabiqəsində təmsil edəcək

Helsinki, 7 noyabr, AZƏRTAC
Müğənni Saara Aaolto Finlandiyanı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək.
İlk dəfədir ki, “Eurovision”da Finlandiyanı təmsil edəcək nümayəndə milli seçim müsabiqəsi keçirilmədən seçilib.
AZƏRTAC xəbər verir ki, S.Aaolto milli “Yeni musiqi müsabiqəsi”ndə (UMK) üç kompozisiya ifa edəcək. Tamaşaçılar və beynəlxalq münsiflər heyəti həmin kompozisiyalardan birini “Eurovision” üçün seçəcəklər.
Keçən il Britaniyada X-Factor şousunda iştirak etmiş finlandiyalı müğənni və həmin şouda ikinci yeri tutandan sonra beynəlxalq miqyasda şöhrət qazanıb.
Xatırladaq ki, “Eurovision” müsabiqəsi gələn il baharda Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki