SAATLIDA AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜNÜN 15 İLLİYİ MÜNASİBƏTİLƏ ÜMUMRAYON İMƏCİLİYİ KEÇİRİLMİŞDİR
Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə təkrar dönüşünü ən yeni tariximizin böyük hadisəsi kimi qiymətləndirən saatlılar həmin gün geniş quruculuq və abadlıq işi aparmışlar. Meydan və xiyabanlara, parklara, yol kənarlarına 3 minədək ağac və gül kolu əkilmiş, “Beşmərtəbə” adlanan yaşayış sahəsində 2 hektarlıq yeni istirahət parkının bünövrəsi qoyulmuşdur.