“Sabah” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib
Bakı, 25 oktyabr, AZƏRTAC
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu D qrupunda Türkiyənin “Bağçaşəhər” komandası ilə qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma Türkiyə təmsilçisinin 83:65 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” qrupundakı ilk oyununda Monteneqroda “Mornar” komandasına 75:80 hesabı ilə uduzub.