SABAH qrupları layihəsi çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında tamaşa təqdim olunub
“Yay gecəsində yuxu” Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində
Gəncə, 28 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi tərəfindən təşkil olunan Sabah İncəsənət Festivalı çərçivəsində “Yay gecəsində yuxu” adlı tamaşa Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Tədbir Gəncə Dövlət Universitetinin dəstəyi ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti ixtisasının tələbələri Vilyam Şekspirin məşhur əsəri əsasında hazırladıqları tamaşa ilə çıxış ediblər.
Sonda deputat, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək, SABAH İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlərin incəsənət mühitinin canlandırılması, teatr sənətinin inkişafı, teatr mədəniyyətinin formalaşdırılması, həmçinin yaradıcı gənclərin dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.