SABİRABAD GƏNCLƏRİNƏ HƏDİYYƏ
Sentyabrın 26-da Sabirabad şəhərində Gənclər evinin əsaslı təmirdən sonra açılışı olmuşdur.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və Gənclər evi
ilə tanış oldu.
Gənclər evinin ikimərtəbəli binasında konfrans salonu, kompyuter otağı, elektron kitabxana, dərnəklər və vətənpərvərlik mövzusunda dərslərin keçilməsi üçün otaqlar vardır. Binanın təmirinə 1,9 milyon manat vəsait sərf olunmuşdur. Gənclər evində 30 nəfər işlə təmin edilmişdir.
Prezident İlham Əliyev burada Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə yaradılmış elektron kitabxanaya, konfrans salonuna, kompyuter otağına və internet-kluba baxdı. Bildirildi ki, burada marketinq və menecment, bank işi, xarici dil, dizayn və arxitektura, stilist kursları təşkil edilmiş, rəsm, şahmat və dama dərnəkləri fəaliyyət göstərir. Bir sözlə, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün gözəl şərait yaradılmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |



