SABİRABAD OLİMPİYA İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sabirabad Olimpiya İdman Kompleksinin açılış mərasimi olmuşdur.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
İndiyədək ölkədə sayca 17-cı olan bu kompleks Qalaqayın kəndində inşa edilmişdir. 4 hektar ərazidə yerləşən kompleks universal idman salonu, üzgüçülük hovuzu, süni örtüklü futbol, voleybol və basketbol meydançalarından, mehmanxana və üç kottecdən ibarətdir. Tikintiyə 8,3 milyon manat vəsait xərclənmişdir. Kompleksdə ulu öndərin idmana qayğısını əks etdirən fotoguşə də yaradılmışdır.
Burada 50 nəfər işlə təmin edilmişdir. Prezident İlham Əliyev komplekslə ətraflı tanış oldu, mini-futbol yarışını izlədi.
Dövlətimizin başçısı kompleksin xarici görünüşünün və daxili tərtibatının yüksək səviyyədə olduğunu vurğuladı, bu idman qurğusunun istifadəyə verilməsinin rayonda gənclərin idmana axınını sürətləndirəcəyini, gənclərin sağlam böyüməsinə təkan verəcəyini bildirdi.
Bu ilin sonunadək Azərbaycanda daha dörd belə idman qurğusu istifadəyə veriləcək, gələn ildə isə 13 kompleks tikiləcəkdir.
######
![]() |
![]() |
![]() |
![]() |



