Sabirabadda 1110 hektar sahədə kartof əkilib
Sabirabad, 10 mart, Mahir Babayev, AZƏRTAC
Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini sürətlə aparılır.
Rayonun statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə vaxtında və mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 3 min 794 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 35 hektarını dənli-paxlalı bitkilər, 2 min 160 hektarını yonca, 1110 hektarını kartof, 489 hektarını isə tərəvəz sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün istehsal müəssisələri ilə müqavilə bağlayaraq, 8 min 550 hektar sahədə şum aparıb, şumlanmış sahənin 1588 hektarını arata qoyub və bu iş davam etdirilir.
Qeyd edək ki, tərəvəz əkini ötən ilin eyni dövrü ilə müqayisədə 96 hektar çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]