SABİRABADDA DÜNYA BANKININ YARDIMI İLƏ MELİORATİV LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
Sabirabad, 5 mart (AZƏRTAC). Dünya Bankının (DB) maliyyə yardımı ilə Sabirabad rayonunda meliorasiya layihələri həyata keçirilir.
Rayonun Cavad, Quruzma və Nizami kəndlərinin suvarma-dren şəbəkələri bərpa olunur. Bu sahədə az müddətdə 1 milyon manatlıq iş görülmüşdür. Beynəlxalq maliyyə qurumu bu yaşayış məntəqələrində meliorasiya tədbirlərinin reallaşdırılmasına daha 2 milyon manat vəsait xərcləməyi nəzərdə tutur. Ümumiyyətlə, həmin layihələrin tam həcmdə həyata keçirilməsi 4 min hektardan çox sahənin suvarılmasına, torpaqların münbitliyinin qorunmasına imkan yaradacaqdır.
Keçən il DB-nin dəstəyi ilə rayonun Qaratəpə kəndində dəyəri 857 min manat olan müvafiq layihə reallaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]