Sabirabadda istehsal olunan sənaye məhsulunun 71,5 faizi qeyri-dövlət sektorunun payına düşüb
Sabirabad, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Yanvar-may aylarında Sabirabad rayonu üzrə sənaye müəssisələri, fiziki şəxslər və ev təsərrüfatları da nəzərə alınmaqla, 15 milyon 989,4 min manatlıq məhsul istehsal edilib. İstehsal olunan məhsulun 28,5 faizi dövlət sektorunda, 71,5 faizi qeyri-dövlət sektorunda formalaşıb.
Sabirabad Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal olunan sənaye məhsulunun 76,1 faizi emal sənayesinin, 22,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinin, 1,8 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:56]
Şamaxıda yol qəzası ölümlə nəticələnib
- 30.09.2026 [19:57]