Sabirabadda “Müstəqilliyimiz əbədidir!” adlı rəsm sərgisi açılıb
Sabirabad, 18 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimiz əbədidir!” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş, həmçinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri ilə tanış olublar.