Sabunçu rayonunda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkarlanıb
Bakı, 12 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Məcnun” kafesini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektin fəaliyyəti dərhal dayandırılıb. Obyektə baxış zamanı kafenin sahibi Firdovsi Quliyev və daha səkkiz müştəri saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri 200 manat məbləğində cərimələniblər. Onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə barəsində inzibati protokol tərtib olunub. Obyektin sahibi 4 min manat məbləğində cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]