Sağlamlıq imkanları məhdud uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqlar valideynləri ilə birgə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər ediblər.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uşaqlar və onların valideynləri əvvəlcə Qəbələ Arxeoloji Mərkəzi və burada sərgilənən arxeoloji materiallarla tanış olublar.
Daha sonra ziyarətçilər Arxeoloji Mərkəzin akt zalında “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filmini izləyiblər.