“ŞAH İSMAYIL XƏTAİNİN POEZİYASI”
Respublika Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının “Elm” nəşriyyatında çap olunmuş yeni kitabı belə adlanır: “Şah İsmayıl Xətainin poeziyası”.
Altı kitabın, iki monoqrafiyanın, yüzdən artıq elmi məqalənin müəllifi, Beynəlxalq “Milli folklor” jurnalı (İstanbul) redaksiya heyətinin üzvü, Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi Məhərrəm Qasımlının əsərləri respublikamızın hüdudlarından kənarda da nəşr olunub yayılmışdır. Yeni kitab onun oxucularla yeddinci görüşüdür.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-ın müxbirinə demişlər ki, alimin yeni elmi əsəri Azərbaycan ədəbiyyatının klassiklərindən biri olan Şah İsmayıl Xətainin (1487-1524) poetik irsinin araşdırılmasına həsr edilib. Tədqiqat işində Xətai poeziyasının ideya-estetik qaynaqları, onun poetik sistemi, bədii-fəlsəfi tutumu və ədəbi-tarixi əhəmiyyəti geniş təhlilə cəlb olunub.
Kitabda toplanmış zəngin elmi-tədqiqat materiallarını oxuduqca Azərbaycan poeziyasının inkişafında mühüm rol oynamış, az bir müddət ərzində ədəbiyyat tariximizi misilsiz bədii keyfiyyətlərlə zənginləşdirmiş, anadilli şerə nəfəs genişliyi vermiş, xalq ruhunu, folklor deyim tərzini ustalıqla klassik üsluba hopdurmuş böyük sənətkar Xətainin istedad və qüdrəti oxucuda heyrət doğurur.
Kitabın elmi redaktoru Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Azadə Rüstəmovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]