Şahbuz rayonunda gənc ailələr üçün inşa olunan binada işlər yekunlaşmaq üzrədir
Şahbuz, 5 yanvar, AZƏRTAC
Ötən ilin əvvəllərindən başlayaraq Şahbuz rayonunda gənc ailələrin mənzillərlə təmin edilməsi üçün inşa olunan yeni yaşayış binasında işlər yekunlaşdırılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaşayış binasındakı mənzillərdən 20-si 3 otaqlı, 20-si isə 2 otaqlıdır. 3 otaqlı mənzillərin sahəsi 83 və 90 kvadratmetrdir, 2 otaqlı mənzillərin sahəsi isə 63 və 70 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar yerləşir.
Hazırda binanın ətrafında abadlıq işləri görülür, yaxın günlərdə binanın istifadəyə verilməsi nəzərdə tutulur. Gənc ailələr ipoteka kreditlərindən yararlanaraq bu binada mənzil sahibi ola biləcəklər.