Şahbuz rayonundakı hərbi hissəyə 4 tona yaxın meyvə təhvil verilib
Şahbuz, 3 iyul, AZƏRTAC
Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan 3 min 890 kiloqram ərik, alça, alma və gilənar hərbi hissəyə təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məhsulun hərbi hissəyə təhvil verilməsi ilə bağlı keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Muradov xalq-ordu birliyindən danışıb.
Sonra hərbi hissənin zabiti Məhəmməd Məmmədov göstərilən diqqətə görə minnətdarlıq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl də 4 min 350 kiloqram meyvə hərbi hissəyə təhvil verilib.