Şahbuzda ötən il 26 min 890 manatlıq sənaye məhsulu istehsal olunub
Naxçıvan, 15 yanvar, AZƏRTAC
Şahbuz rayonu üzrə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 7 milyon 615 min 200 manat təşkil edib.
Şahbuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 6 milyon 943 min 400 manat olub. Ötən il 26 min 890 manatlıq sənaye məhsulu istehsal edilib.
2025-ci ildə rayоnun yerli büdcəsinin gəlirləri 3 milyon 500 min manat plana qarşı 4 milyon 153 min 448 manat icra оlunaraq, büdcəyə 653 min 448 manat çox vəsait daхil оlub. Yerli büdcə xərcləri isə 4 milyon 416 min manat dürüst təyinata qarşı 3 milyon 239 min 143 manat olmaqla, 1 milyon 176 min 857 manat qənaətlə yerinə yetirilib.
Rayon iqtisadiyyatının əsasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahəyə maraq artıb. 2025-ci ildə rayon üzrə 36 milyon 440 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:57]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]