SİYASƏT
Sahibə Qafarova: COP29-un qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq
Bakı, 25 noyabr, AZƏRTAC
İki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 25-də keçirilən iclasında deyib.
O bildirib ki, bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünyamiqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.