Sahibkarlar arasında minifutbol turniri başa çatıb
Bakı, 22 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın dəstəyi ilə sahibkarlıq subyektləri və bir sıra dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş minifutbol turniri başa çatıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də keçirilmiş final mərhələsində 1-ci yeri “Kapital Bank”, 2-ci yeri “Mibella Mebel”, 3-cü yeri “Pimapen”, 4-cü yeri isə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) komandaları tutub. Qalib komandalara kubok, medal və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin və dövlət qurumlarının əməkdaşlarından ibarət 32 komanda arasında təşkil olunmuş minifutbol turniri sentyabrın 26-da start götürüb.