SAHİBKARLARA 6 MİLYARD 166,5 MİLYON MANAT MƏBLƏĞİNDƏ KREDİTLƏR VERİLMİŞDİR
İlin birinci yarısında ölkənin bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin məbləği 2007-ci ilin eyni dövrü ilə müqayisədə 79,1 faiz və ya 2,7 milyard manat artaraq 6 milyard 166,5 milyon manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, kreditlərin 44,6 faizi dövlət, 53,1 faizi özəl banklar, 2,3 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən verilmişdir. Bu məbləğin 70 faizini uzunmüddətli kreditlər təşkil etmişdir.