SAHİBKARLARLA İŞGÜZAR ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Ötən il 349 sahibkarlıq subyekti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) üzv qəbul edilmişdir. Beləliklə, konfederasiya üzvlərinin sayı 1.314-ə çatmışdır. Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, bu qurumun üzvü olan şirkətlərin fəaliyyət sahəsi araşdırılmış, onlar haqqında ətraflı informasiya bazası yaradılmışdır. Subyektlərin konfederasiya ilə işgüzar əlaqələrini genişləndirmək və göstərilən xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə onların informasiya təminatı yaxşılaşdırılmışdır. Yerli şirkətlərin əcnəbi iş adamları ilə əlaqələrini genişləndirmək, birgə müəssisələr yaratmaq, yerli məhsulları dünya bazarlarına çıxarmaq üçün müxtəlif xarici ölkələrdən konfederasiyaya daxil olan biznes təkliflər ASK-nin müvafiq üzvlərinə çatdırılmış və həmin təkliflərin reallaşması üçün onlara hər cür kömək göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]