Sahil Babayev: İƏT-ə üzv ölkələrdə əhali ümumdünya göstəricisindən daha gəncdir
Bakı, 23 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri fərqləndirən önəmli məsələlərdən biri gənc əhalinin sayının çoxluğudur. Təşkilata üzv ölkələrdə həm əhalinin orta artım tempi 1.7 faizdir ki, bu da dünya üzrə göstəricidən 2 dəfə artıqdır, həm də gənc əhalimiz həddən artıq çoxdur. İƏT-ə üzv dövlətlərdə orta yaş 24 yaşın altındadır. Bu da dünya üzrə göstəricidən 6 il daha azdır. Yəni, əhali ümumdünya göstəricisindən daha gəncdir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, təşkilata üzv olan bəzi ölkələrdə yaşı 25-dən aşağı əhalinin nisbəti 70 faizə çatır: "Gənc əhalinin sayının üstünlük təşkil etməsi bir tərəfdən çox önəmli, çox güclü tərəfimizdir. Lakin bu, özü ilə birlikdə ciddi çağırışlar da gətirir. Xüsusilə gənclər arasında işsizlik səviyyəsinə nəzər salsaq, 15.8 faiz təşkil edir. Bu da bizim ölkələrimiz üçün qarşıdakı dövrlərdə önəmli çağırışlardan biridir. Bəzi ölkələrdə gənclər arasında işsizlik 40 faizdən yuxarıdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]