Naxçıvan, 31 may, AZƏRTAC
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının 10-cu turu başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu turda Xəyalə Abdulla ilə heç-heçəyə nail olan Gülnar Məmmədova sona 1 tur qalmış qadınlar arasında Azərbaycan çempionluğunu rəsmiləşdirib.