Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO
Salyan, 20 avqust, AZƏRTAC
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində Səlbi Əliyeva həyatını itirib. Qəzada xəsarət alan Mahir Əsədli və Tahir Əsədov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə