SALYANDA SOYUDUCU KAMERALARI OLAN BAZALAR İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Salyan, 4 mart (AZƏRTAC). Salyan rayonunun Çuxanlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamağa imkan yaradacaq iki bazanın tikintisi davam etdirilir.
"Ələddin-fermer" və "NNEM Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin 5 və 10 min ton tutumluq anbarlarında texnoloji avadanlıqlar quraşdırılmışdır. Hazırda bazaların tara sexlərində tamamlama işləri görülür. Bu ilin axırınadək işə salınacaq yeni müəssisələr kənd təsərrüfatı məhsulları istehsalçılarının əməyini stimullaşdırmaqla bazara ilin istənilən vaxtında təzə məhsul çıxarmağa, istehlakçı və istehsalçı mənafelərini lazımınca uzlaşdırmağa, ərzaq bolluğu yaratmağa ciddi təsir göstərəcəkdir.
Bakı-Astara magistral yolunun kənarında yerləşən soyuducu kameralar, Salyanla yanaşı, qonşu Neftçala və Biləsuvar rayonlarının sahibkarlarına da xidmət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]