Salyandakı Babazənan dağında neftli-qazlı su alovlanır VİDEO
Saatlı, 9 fevral, Mahir Babayev, AZƏRTAC
Salyandakı Babazənan dağında neçə illərdir ki, neftli-qazlı su alovlanır. Bu, görənləri də təəccübləndirir. Ekoloq Elman Hacıyevin sözlərinə görə, burada tədqiqat aparılarsa, zəngin neft-qaz yatağı aşkar oluna bilər.
AZƏRTAC xəbər verir ki, bəzən alovun hündürlüyü 10-15 metrədək yüksəldiyindən onu uzaqdan da müşahidə etmək olur.
Mütəxəssisin dediklərinə görə, hələ ötən əsrin 60-cı illərində bu ərazilərdə bir neçə kəşfiyyat xarakterli quyu qazılıb. Lakin neft çıxmadığından həmin quyular yenidən torpaqla doldurulub. Buna baxmayaraq, həmin quyuların bəzisindən neftli-qazlı su qaynayaraq hələ də alovlanır.
Su kükürdlü olduğundan həm də müalicəvi əhəmiyyətə malikdir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu kükürdlü sudan istifadə etməklə şəfa tapırlar.