Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı – Azərbaycanın xəzinəsi

Bakı, 28 mart, AZƏRTAC

Şamaxı Azərbaycanın ən qədim şəhərlərindən biridir, Bakıdan 122 kilometr məsafədə, Böyük Qafqaz silsiləsinin ətəklərində yerləşir. Şirvanın baş şəhəri zəngin tarixi keçmişi sayəsində bu gün də diqqətəlayiq yerlərinin çoxluğu ilə seçilir. Bölgədə baş verən çoxsaylı zəlzələlərə baxmayaraq, buradakı abidələr yaxşı vəziyyətdədir. Şamaxı öz təbiəti ilə də məşhurdur. Dağların ətəyindəki Pirqulu kurortu turistlər arasında böyük populyarlığa malikdir. Nəsirəddin Tusi adına məşhur Şamaxı Astrofizika Rəsədxanası da elə burada yerləşir.

Heç bilirsiznizmi ki, Azərbaycanın ən qədim və böyük məscidi Şamaxıdadır? Yaxud Şirvanın rəmzini - Gülüstan qalasını kim dağıdıb? Sizcə, niyə şamaxılılar tez-tez yolun hərəkət hissəsi ilə gedirlər? Bəs Moskva Kremlini şamaxılı memarın tikdiyini necə, bilirsiniz?

Dəməşqlə qardaşlaşmış şəhər və hirsli şah

Şamaxının tarixi zəngindir. Şəhərin şimal-qərb hissəsində aparılan arxeoloji qazıntılar zamanı e.ə. V-IV əsrlərə aid yaşayış məskəni aşkar edilib. Qafqaz Albaniyasının şəhəri kimi Şamaxı yunan alimi Klavdiy Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində xatırlanır. X əsrin əvvəlində şəhər Şirvan dövlətinin paytaxtı olub. XVI əsrə qədər Şamaxı-Bakı-Dərbənd regionunun müxtəlif vilayətləri Şirvan dövlətinin sərhədləri daxilində idi. Bu dövlətin ərazisində 360 qala vardı.

Bəzi məlumatlara görə, “Şamaxı” toponimi “şah” və “mah” sözlərinin birləşməsindən əmələ gəlib. Başqa bir fərziyyəyə görə, “Şam” sözü Suriyanın, habelə Dəməşq şəhərinin ərəb dilində adıdır. Tələffüzdə “axı” forması almış “əxi” sözü isə ərəb dilində “qardaş”, “oxşar”, “bənzər” mənaları verir. Belə çıxır ki, Şamaxıya köç etmiş suriyalılar şəhərin gözəlliyi və möhtəşəmliyini Dəməşqə bənzədiblər.

Karvan yollarının kəsişməsində yerləşən Şamaxı Yaxın Şərqin ən iri ticarət-sənətkarlıq mərkəzlərindən biri olub. Şəhər ipək ticarətində mühüm yer tutub. XVI əsrin mənbələrində Şamaxı və Venesiya tacirlərinin əlaqələrindən söz açılır. “Üç dəniz arxasına səyahət” adlı səyahətnaməsi ilə tanınan rus səyyahı və taciri Afanasi Nikitin də bu şəhərdə olub. Özünün ipək, xalça, zinət əşyaları, yun alveri edən çoxsaylı, səs-küylü bazarları ilə tanınan böyük şəhər dəfələrlə düşmən basqınlarına məruz qalıb. Zəngin torpaqlara sahib olmaq istəyən yağıların niyyətləri bəzən qısa müddətə baş tutub. XII əsrin əvvəlində, monqollar Azərbaycana yürüş etdikdə olduğu kimi. Böyük Pyotrun vaxtında isə ruslar bu şəhəri ələ keçirərək onu yağmalayıb və xaraba qoyublar.

Düşmən basqınlarından başqa, Şamaxı dəfələrlə (1607, 1667, 1859 və 1902-ci illər) dağıdıcı zəlzələlərdən əzab çəkib. 1667-ci ildə Şamaxı əhalisinin 80 min nəfəri həlak olub. 1902-ci ilin zəlzələsi də şamaxılılara rəhm etməyib. Şəhərin böyük hissəsi bir andaca xarabazara çevrilib. XIX əsrin ortalarında Azərbaycana səyahət edən məşhur fransız yazıçısı Aleksandr Düma kədərlə qeyd edirdi: “Şamaxı heç vaxt deyə bilməyəcək ki, sabah mövcud olacaq, ya olmayacaq”. Şamaxılılar bu gün də kinayə ilə deyirlər ki, səkidən, binalardan gen duraraq yolun hərəkət hissəsi ilə getməyə adət ediblər, nədir-nədir, zəlzələ vaxtı dağıntılar altında qalmasınlar.

Bütün dərd-bəlalara baxmayaraq, hər bir zəlzələdən və düşmən basqınından sonra şamaxılılar şəhəri yenidən inşa ediblər. Bu gün Şamaxı müasir, təmiz, səliqə-sahmanlı, Azərbaycanın gözəl memarlıq abidələrinin qorunub saxlanıldığı ən iri şəhərlərindən biridir.

Əfsanəvi Gülüstan qalası Azərbaycan dövlətçiliyinin əzəmətli abidələrindəndir. Öz adını o, şübhəsiz ki, bu yerlərin gözəl təbiətindən alıb. VIII-IX əsrlərdə 200 metr hündürlükdəki qayalıq yerdə ucaldılmış, Şamaxı şəhərindən şimal-qərbdə yerləşən bu möhtəşəm memarlıq abidəsi doqquz əsr ərzində Şirvanşahlar dövlətinin başlıca dayaq məntəqələrindən biri olub. Qalanın divarları və qüllələri ərəb, səlcuq, monqol, Osmanlı ordularının həmlələrinə tab gətirib. XVI əsrin əvvəlində Gülüstan qalasını Səfəvi hökmdarı I Təhmasib fəth edib. Şirvanşahlar dövlətinin varlığına son qoyan şah Şirvanın müstəqillik rəmzi olan Gülüstan qalasını dağıdıb. Onun qalıqlarını Şamaxının girişində görmək mümkündür.

Şamaxının daha bir diqqətəlayiq yeri qədim qəbiristanlığın ərazisində yerləşən Yeddi Günbəz kompleksidir. Üzərində ərəb yazıları olan bəzi qaralmış başdaşılarının minə yaxın yaşı var. “Yeddi günbəz” adı buradakı Şirvan hakimlərinin məqbərələrinin sayı ilə bağlıdır. Bu sərdabələr XVIII-XIX əsrlərdə ucaldılıb. Daha dəqiq desək, yeddi sərdabədə Şirvanşahlar sülaləsinin nümayəndələri - sonuncu Şamaxı hakimi Mustafa xanın ailə üzvləri dəfn olunub. Hər bir məqbərədə 3-4 məzar var. Məqbərələrdən birinin (1810-cu ildə Mustafa xanın anası burada dəfn olunub) girişi üstündə, daş üzərində memarın adı oyulub - Usta Tacı Memar. Tikililərin əksəri yaxşı saxlanılıb və artıq neçə illərdir ki, turist axınını özünə cəlb edir.

Şəhər tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasında Şamaxı və ətraf ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış maraqlı artefaktlar görmək mümkündür. Ən dəyərli eksponatlardan biri minalı kuzədir. Onun üzərində altı insan siması əks olunub. Bu, Şirvanşahlar dövründə yaşamış naməlum dahinin əl işidir. Minalı kuzə Xınıslı kəndində aparılmış qazıntılar zamanı tapılıb. Orta əsrlərə aid heyrətamiz formalı lampa da diqqəti cəlb edir. Onun mərkəzi rezervuarı on kuzəyəbənzər qabla əhatə olunub. Onların hər birinə eyni vaxtda xüsusi kanallarla yanacaq kimi istifadə olunan neft axıb. XVII əsrə aid Şamaxı darvazasının açarla birgə qıfılı da muzeyin seyrçilərində xüsusi maraq doğurur.

Qızıl çadır və möhtəşəm məscid

Əsrlərdən bəri Şamaxı ipəkçilik və xalçaçılıqla məşhur olub. Şamaxı xalçaları bu gün də kolleksiyaçıların və turistlərin marağını doğurur. Onlar bu əşyaları qiymətli eksponat kimi alır və saxlayırlar. Özünün bədii-texniki xüsusiyyətlərinə görə Şamaxı xalçaları Azərbaycanın Şirvan xalçaçılıq məktəbinə aiddir. Bu məktəb Şamaxı, Mərəzə, Ağsu və s. şəhərləri əhatə edir. Şamaxı xalçaçılıq məktəbi üçün səciyyəvi olan çox sıx toxumadır ki, bunun sayəsində bir kvadratdesimetrdə üç minədək düyün yerləşdirmək olur. Şirvan xalçalarının zəngin kompozisiya və dizaynı ta qədim zamanlardan səyyahlarda heyranlıq doğurub. Məsələn, 1562-ci ildə Azərbaycanda olmuş Entoni Cenkinson Şirvanın o zamankı hakimi Abdulla xanın qonağı olarkən gördüyü cah-calalı təfsilatı ilə təsvir edib. O, “ipək və qızıl ilməli çadır”ı da xatırladır və yazır ki, xan “çadırının bütün döşəməsinə bahalı xalçalar sərilmişdi, özü isə gümüş və qızıl ilməli kvadrat xalça və şanına layiq döşəkcələr üstə əyləşmişdi”. Holland rəssamı Hans Memlinq (XV əsr) də “Məryəm körpəsi ilə birgə” tablosunda “Şirvan” xalçasını təsvir edib. Şirvan xalçaları başqa ölkələrə də ixrac edilib. Məsələn, tarixçi M.Heydərovun yazdığına görə, 1648-ci ildə Rusiyaya iki, 1688-ci ildə isə üç Şamaxı xalçası göndərilib. Hazırda sumaq tipli Şirvan xalçaları Londondakı “Viktoriya and Albert” Muzeyində sərgilənir.

Arıçılıq da Şamaxıda yaxşı inkişaf edib. Bu diyarı, xüsusən dağlıq yerləri gəzərkən çoxlu arıçılıq təsərrüfatına, üst-üstə yığılmış pətəklərə rast gəlmək mümkündür. Burada müxtəlif sortlu təbii bal almaq olar.

743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi haqqında ayrıca danışmaq gərəkdir. O, təkcə Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqazda ən qədim (Dərbənddəki məsciddən sonra ikinci) və böyük məbəddir. Məsciddə eyni vaxtda təxminən üç min adam ibadət edə bilər. Bəzi mənbələrə görə, Xəzər xaqanı İslam dinini məhz bu məsciddə qəbul edib.

XVII əsr səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində Şamaxıdakı böyük bir məsciddən və məscidin həyətindəki mədrəsələrdən bəhs olunur. İkinci güclü zəlzələ demək olar ki, şəhəri yerlə bir edib. Amma Cümə məscidi möcüzəli şəkildə bu təbii fəlakətdən salamat çıxıb. Lakin 1902-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra Cümə məscidinin bərpasına ehtiyac yaranıb. Bərpa işləri əvvəlcə Zivər bəy Əhmədbəyovun, daha sonra polyak memar Yozef Ploşkonun layihəsi üzrə aparılıb. Ploşkonun interpretasiyasında Şamaxı Cümə məscidi öz xüsusi cazibəsi ilə fərqlənməyə başlayıb. Lakin bu layihə əsasında aparılan işlər natamam qalıb. Bununla belə, hətta bu görünüşdə belə məscid öz ehtişamını saxlayıb.

Erməni daşnaklarının törətdiyi 1918-ci ilin mart qırğınları zamanı yerli sakinlər məsciddə gizlənmək qərarına gəliblər. Onlar güman ediblər ki, bu, düşməni əl saxlamağa məcbur edəcək. Lakin namərd ermənilər məscidi içindəki adamlarla birgə yandırıb. Cümə məscidi təkcə erməni vəhşiliyini deyil, həm də çətin sovet idarəçiliyinə davam gətirib. Sovet dönəmində o, qapadılıb, bəzən də təyinatına görə istifadə olunmayıb. Sonralar ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə tarixi abidə yenidən təmir olunub. Şamaxı Cümə məscidinin əsalı təmirinə isə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il Sərəncamı ilə başlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi 1 metr dərinlikdə dəmir-beton konstruksiya ilə möhkəmləndirilib. Məscidin tarixi görünüşünün yenidən bərpa edilməsində inşaatçılar memar Ploşkonun layihəsini əsas götürüblər. Nəhayət, 2013-cü ilin mayında, bərpa və rekonstruksiya işləri tamamlandıqdan sonra Azərbaycanın ən böyük məbədlərindən biri olan Şamaxı Cümə məscidi yenidən öz gözəlliyi ilə hamını heyran edib.

Şairlər şəhəri, yaxud Kərəmli Kremli necə ucaltdı

Azərbaycanın hər guşəsinin təbiəti kimi, Şirvanın təbiəti də əsrarəngizdir. Görünür, Şamaxıda doğulub boya-başa çatan böyük şairlərimiz də doğma yurdun gözəlliklərindən ilham alıblar. Maarifpərvər şair Seyid Əzim Şirvani (1835-1888), böyük satirik Mirzə Ələkbər Sabir (1862-1911), romantik şair Məhəmməd Hadi (1879-1920) belə şəxsiyyətlərdəndir. Mənbələrə görə, böyük Azərbaycan şairləri Əfzələddin Xəqani Şirvani (1126-1199) və İmadəddin Nəsimi (1370-1417) də məhz Şamaxıda anadan olublar.

Şamaxını təkcə Azərbaycan şairləri tərənnüm etməyiblər. Bu diyar A.S.Puşkinin “Qızıl xoruz nağılı”nda (Şamaxı çariçası), rus rəssamı Q.Qaqarinin “Rəqqasə Nisə”, “Şamaxılı rəqqasə”, “Şamaxılı qadın” tablolarında tərənnüm edilib. Fransa yazıçısı Aleksandr Düma da Şamaxı haqqında çox yazıb.

Vaxtilə şöhrəti Şirvanşahlar dövlətinin hüdudlarından çox-çox uzaqlara yayılan daha bir məşhur şamaxılı var: Kremlin memarı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvani. Bəli-bəli, düz başa düşdünüz - məhz Moskva Kremlinin. Bu hadisə o qədər inanılmaz təsir bağışlayır ki, barəsində daha geniş məlumat verilməsini tələb edir. Nadir Xəlilinin və Elşən Fəttahlının Şamaxıda ingilis dilində çap olunmuş “Şamaxı” kitabında bu barədə daha ətraflı yazılıb.

Hansı şamaxılıdan soruşsan, Moskva Kremlini şamaxılı memar Kərəmlinin tikdiyini söyləyər. 1322-ci ildə Şamaxıda anadan olan Əliş Sübhan oğlu Kərəmli bütün Qafqazda, İran, Yaxın Şərq və Hindistanda tanınmış memar olub. Krımın Bağçasaray şəhərində xan sarayı və onun fəvvarələri, Bağdadda beştağlı körpü, Gürcüstanın Mtsxeta şəhərində knyaz Dodianın sarayı, Təbrizdə Kərim Ağa kompleksi, İranın Şiraz şəhərində karvansaray onun memarlıq inciləridir.

İstedadlı memar haqqında çox eşidən böyük Moskva knyazı Dmitri Donskoy 1366-cı ilin sonunda boyar İ.A.Baratınskini çoxlu bəxşişlə Şirvanşah Şeyx I İbrahimin yanına göndərərək, ondan çar sifarişini yerinə yetirmək üçün memarı Moskvaya göndərməyi xahiş edir. Şeyx İbrahim əvvəlcə sevimli memarını buraxmaq istəmir, amma knyazın onun şəxsi təhlükəsizliyinə yazılı təminat verdiyini və memarın özünün də getmək arzusunda olduğunu nəzərə alaraq razılıq verir. Moskvada memar Kərəmlini mehribanlıqla qarşılayırlar. Moskva çayının və onun qolu Yauzanın suları ilə əhatə olunmuş adada 4 il ərzində çoxsaylı qüllələri, bürcləri və darvazaları olan divarlarla dövrələnmiş qala tikməsi barədə onunla razılaşma əldə edilir. Çoxlu bürcləri, beş qülləsi və beş darvazası olan qalanın bayır divarlarının tikintisi, demək olar, bir il sonra başa çatır. Kərəmli Rusiyada ilk dəfə çiy yumurtanın ağı ilə tikinti məhlulu hazırlayır. Eyni zamanda ətraf ərazini çirkləndirməmək və yoldan keçənlərin tikintidə çalışanları işindən yayındırmasına yol verməmək üçün ilk dəfə inşaatın ətrafına taxta hasar çəkdirir. Nəhayət, inşaat işləri müəyyən edilmiş müddətdə başa çatır. Sadə moskvalılar bütün inşaat kompleksini elə “Kərəmli”, yaxud “Kərəmli cərgəsi” adlandırırmışlar. Amma rəsmi surətdə Kərəmlinin adı yalnız qüllələrdən birinə verilir. Memar Kremldən başqa knyaz sarayı, toplantı yeri, boyar evi, başqa tikililər, habelə gizli katakombalar şəbəkəsi inşa edir.

Memarın Vətənə dönmək vaxtı gələndə - 1371-ci iyunun 22-də onun üçün təntənəli yolasalma mərasimi təşkil edirlər. Amma knyaz Dmitri Donskoy guya “xəstə“ olduğu üçün mərasimə qatılmır. Elə həmin gün kazaklardan biri Kərəmlinin boynunu vurur və o, dərhal dəfn olunur. Dmitri Donskoy bu xəyanətkar və amansız addımı ilə Kremlin memarının - Əliş Sübhan oğlu Kərəmlinin adını tarixdən silmək istəyirdi.

Bu faciəli hadisənin romantik qaynağı da var. Deyilənə görə, D.Donskoyun yaxın qohumu Anna Kərəmliyə aşiq olub. Məhz onun xahişi ilə qüllələrdən birinə memarın adı verilib. Kərəmlinin amansızcasına qətlə yetirilməsi Annanı o qədər sarsıdıb ki, o, saçlarını rahibə kimi kəsdirərək Penza monastırına gedib. Deyilənə görə, o, ömrünün sonuna qədər sevgilisinin məzarını ziyarət edib, ona qulluq edib.

P.S.

Şamaxı barədə kiçik bir məqalədə ətraflı danışmaq mümkün deyil. Gələn dəfə sizi daha maraqlı əhvalatlar gözləyir. Biz Aleksandr Dümanın tanınmış şamaxılı mesenat Mahmud ağaya bağışladığı zəngli divar saatını qayğı ilə qoruyub saxlayan şamaxılı ailəni axtarıb tapdıq. Saatın sahibləri ilə eksklüziv söhbəti və bu qiymətli əşyanın fotosessiyasını sizə məhz biz təqdim edəcəyik. Azərbaycanda ən yaşlı ofisiantı tanımaq, Şamaxıda zolaqlı kaftarların yaşadığını öyrənmək və Şamaxı Rəsədxanasının 85 tonluq teleskopunun Karl Tseys linzasının nə üçün dünyada ən yaxşı linza sayıldığını bilmək, yəqin ki, sizin üçün çox maraqlı olardı. Bundan əlavə, siz Nağaraxan kəndinin damarlarda qanı donduran rəvayəti, Çuxuryurd kəndinin molokan sakinləri ilə yaxından tanış ola bilərsiniz.

Ardı var...

Emil Eyyubov

Foto: Şahin Mürşüdlü www.goldenbook.az

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahların qarşısına çıxacağı heyrətamiz kəşflərlə tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin ucsuz-bucaqsız potensialı ilə tanış etməkdir.

Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə hazırlıq işləri görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər