İDMAN
Şamaxı şəhər stadionu qardan təmizlənir, oyun təxirə salınmayacaq - FOTO
Bakı,14 dekabr, AZƏRTAC
Misli Premyer Liqasının XVII turunda bu gün “Şamaxı” və “Səbail” komandaları arasında keçirilməli olan açılış oyunu əlverişsiz hava şəraitinə baxmayaraq təxirə salınmayacaq.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, matçın oynanılacağı Şamaxı şəhər stadionunda hazırda qardan təmizləmə işləri davam edir.
Qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 14:00-da start götürəcək.