Şamaxıda kişi həyat yoldaşını qətlə yetirib VİDEO
Şamaxı, 6 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosuna bildirilib ki, rayon sakini P.Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.