Şamil Ayrım: Azərbaycan Prezidentinin Türkiyəyə dəstəyi qardaş həmrəyliyinin ən gözəl nümunəsidir
İstanbul, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizində baş verən proseslər də daxil olmaqla hər mövzuda Türkiyəni dəstəklədiyini açıq şəkildə bəyan etdi, Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli hərbi əməkdaşlığın narahatlıq doğurduğunu bildirdi. Azərbaycanın Türkiyəni hər zaman dəstəklədiyi hər kəsə bəllidir. Bu münasibətlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əsrlərboyu davam edən qardaşlıq bağlarının növbəti nümunəsidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Şamil Ayrım deyib: “Dövlət başçısının həmin görüşdəki bəyanatı Türkiyə ilə Azərbaycan arasında möhkəm birliyi əks etdirən bir bəyanat idi. Bu, qardaş həmrəyliyinin ən gözəl nümunəsidir. Bunun üçün Prezident İlham Əliyevə Türkiyə xalqı adından dərin təşəkkürümü bildirirəm. Bütün dünyanın çətinliklərlə üzləşdiyi bu günlərdə biz sıx qardaşlıq bağlarını bir daha bütün dünyaya nümayiş etdirdik. Bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri dünya liderləri üçün bir nümunədir. Onlar həqiqətən də dünyaya qardaşlıq və birlik dərsi keçirlər. Azərbaycanla Türkiyə hər zaman tərəddüdsüz bir-birini dəstəkləyib və dəstəkləyəcək”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul