Samir Şərifov: Artıq icbari tibbi sığortadan icmal büdcəyə daxilolmalar var
Bakı, 13 iyun, AZƏRTAC
2022-ci ildə 962 məktəbin bərpası və inşası üçün 195 milyon manat ayrılıb. Bu vəsait hesabına 57 məktəb bərpa edilib. Hər il 100-130 məktəbin bərpası və inşası arzuolunandır, bu istiqamətdə tədbirlər davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilən 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Səhiyyə sahəsində qaldırılan məsələlərə də münasibət bildirən Samir Şərifov ölkədə icbari tibbi sığortanın tətbiqini qeyd edərək diqqətə çatdırıb ki, artıq icbari sığortadan icmal büdcəyə daxilolmalar var.
“Dövlət büdcəsinin əlavə gəlirləri büdcə təşkilatlarının gəlirləri nəzərə alınmadan tələb olunan vəsaitin qarşılanması üçün 93,3 faiz təşkil edir”, - deyə Samir Şərifov qeyd edib.
Nazir vurğulayıb ki, bir sıra vacib dövlət xərclərinin təmin edilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, yeni peykin orbitə buraxılması və bir sıra digər vacib layihələrin davam etdirilməsi təsdiqlənmiş dövlət büdcəsi xərcləri çərçivəsində təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]