“Samsung” qatlanıb-açılan “Galaxy Fold” smartfonunun təqdimatını keçirib
Bakı, 21 fevral, AZƏRTAC
“Samsung” hamının səbirsizliklə gözlədiyi qatlanıb-açılan “Galaxy Fold” smartfonunun təqdimatını keçirib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, aprelin 26-da ABŞ-da satışa çıxarılacaq bu smartfonun qiyməti təxminən 2 min dollardır.
San-Fransiskoda keçirilən təqdimatda bildirilib ki, 4,58 inç ölçüsündə olan telefonu açdıqda, cihaz 7,3 inç ölçüsündə planşetə çevrilir. Cihazın RAM-i isə 12 gb təşkil edir. Telefonun arxa tərəfində 3, içərisində 2, önündə isə 1 kamera var. Qatlanıb-açılan ekranda “Youtube”, “Whatsapp” ve “Google”dan eyni anda istifadə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]