“Səbail” klubu Premyer Liqada 100-cü ev qolunu buraxıb
Bakı, 3 oktyabr, AZƏRTAC
“Səbail” klubu Premyer Liqada 100-cü ev qolunu buraxıb. Bu, “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Premyer Liqasının VIII turunun görüşünün son dəqiqəsində “100”ə çatan paytaxt klubunu Ülvi İsgəndərov məyus edib. O, meydan sahiblərinin qapısından 100-cü topu keçirib.
“Səbail” evdəki 71-ci qarşılaşmada buna üzülüb. Bakı təmsilçisi ölkə çempionatları tarixində 100 və daha çox qol buraxan 20-ci komanda olub.
Qeyd edək ki, “Səbail” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]