Səbail rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 30 iyul, AZƏRTAC
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 min 700 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Eyyubov müəyyən olunaraq saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, digər əməliyyat tədbiri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V.Qəhrəmanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]