Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbinə Əliyeva: Dilin qorunması təkcə dövlət başçısının deyil, hər bir vətəndaşın vəzifəsidir

Səbinə Əliyeva: Dilin qorunması təkcə dövlət başçısının deyil, hər bir vətəndaşın vəzifəsidir

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm AMEA-nın 80 illik yubiley tədbirdəki çıxışında, həm də yerli telekanallara müsahibəsi zamanı dillə bağlı səsləndirdiyi çağırışlara cəmiyyətin bütün üzvləri tərəfindən töhfə verilməlidir. Dilə bu cür yanaşma bizim yol xəritəmizdir. Ana dilinin saflığının qorunması və onun inkişaf etdirilməsi üçün dövlət tərəfindən mütəmadi olaraq hərtərəfli qayğı göstərilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, “Azərbaycan dili” platformasının koordinatoru Səbinə Əliyeva deyib: “Dilimiz bizim milli sərvətimizdir. Bu baxımdan dilin qorunması və inkişafına həssaslıq yalnız dövlət başçısı tərəfindən deyil, yaşından və ixtisasından asılı olmayaraq, bütün vətəndaşlarımız tərəfindən nümayiş etdirilməlidir. Bu məsuliyyət cəmiyyətin bütün üzvlərinin üzərinə düşür. Bu sahədə göstərilən səhlənkarlıq gələcəkdə problemlərə yol aça bilər. Məhz bunu nəzərə alaraq, indi qətiyyətli addımlar atmalı, dilin saflığının qorunmasında həmrəylik göstərməliyik”.

O bildirib ki, ölkə Prezidentinin son müsahibəsi zamanı və daha əvvəllərdə dillə bağlı toxunduğu mühüm məqamlardan biri də xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin ana dillərini öyrənməsi məsələsidir: “Ana dili dünyanın müxtəlif yerlərində məskunlaşan həmvətənlərimizin daha sıx əlaqə qurmasında müstəsna rol oynayır. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti və qayğısı sayəsində son zamanlar bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə orada yaşayan azərbaycanlı uşaqlara ana dili tədris olunur. Bu məktəblərdən uzaq məsafədə yaşayan uşaqlarımız üçün isə “Ana dili” -Azərbaycan məktəbi tərəfindən Azərbaycan dili onlayn şəkildə tədris olunur. Bu, ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımıza ana dilini tədris edən bir layihədir”.

O qeyd edib ki, bu istiqamətdə həyata keçirilmiş mühüm layihələrdən biri Alyona Əliyevanın ideya müəllifliyi və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan dili” platformasıdır: “Bu, Azərbaycan dilinin əcnəbilərə onlayn şəkildə öyrədilməsi ilə bağlı ilk platformadır. Layihə hazırlanarkən ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb. Bu platforma vasitəsilə Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi sistemli şəkildə həyata keçirilir. Müasir, interaktiv rəqəmsal resurslar dilin mənimsənilməsi prosesini daha effektiv edir. Platformanın hazırlanmasında “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram nəzərə alınıb (Proqram DİM tərəfindən 2024-cü ildə hazırlanıb). Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi 6 dil səviyyəsi: A1, A2, B1, B2, C1, C2 üzrə təqdim olunur. Bunlardan üçü üzrə materiallar tam hazırdır. Digərləri isə yaxın gələcəkdə təqdim olunacaq. Səviyyələr nəzərə alınmaqla, dinləmə, oxu, danışıq və yazı bacarığı üzrə materiallar hazırlanıb. Eyni zamanda, platformaya bütün səviyyələr üzrə qrammatika, sosiolinqvistika, söz ehtiyatı ilə bağlı kifayət qədər material daxil edilib. Bunların hazırlanmasında müasir tədris standartları və metodika nəzərə alınıb. Platformada hər bir səviyyə üzrə materiallar təqdim olunduqdan sonra istənilən bacarıqla bağlı testlər yerləşdirilib. Platformada əlavə resurslar bölməsi də var. Buraya Kamal Abdullanın dünyanın müxtəlif ölkələrində çap edilmiş “Azərbaycanca danışaq” kitabı və bir sıra faydalı materiallar daxil edilib”.

S.Əliyeva əlavə edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və onun əsasında həyata keçirilən ADSİ imtahanı bu istiqamətdə görülmüş mühüm işlərdən biridir: “Azərbaycan dilinin xarici dil kimi tədrisi ilə əlaqədar son zamanlar bir sıra dərs vəsaitləri də işıq üzü görüb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ingilis dilində hazırlanmış “Azərbaycan dilinin qrammatikası” və xaricdə yaşayan 6-10 yaşlı uşaqlarımız üçün Azərbaycan dili kitabları nəşr olunub. Bu yaxınlarda isə 4-6 yaşlı uşaqlarımız üçün “Azərbaycan dili” adlı vəsait çap edilib. Adları qeyd olunan layihələrdə ADU əməkdaşları öz töhfələrini verməkdədirlər. Göründüyü kimi, bu sahədə müəyyən addımlar atılıb. Lakin bunlara baxmayaraq, hələ də bu sahədə görüləcək işlər çoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH