SEÇKİ MƏCƏLLƏSİNƏ YENİDƏN DƏYİŞİKLİKLƏR EDİLƏ BİLƏR
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə demişdir ki, Seçki Məcəlləsinə yenidən dəyişikliklər edilə bilər. Azərbaycan öz qanunlarını daim təkmilləşdirir və Avropa standartlarına uyğunlaşdırır. Biz bir sıra beynəlxalq konvensiyalara qoşulmuşuq və bəzi qanunlarımıza həmin beynəlxalq sənədlərin tələblərinə uyğun dəyişikliklər edilmişdir. Seçki Məcəlləsinə də dəyişiklik edilməsi mümkündür.
Z. Əsgərov onu da demişdir ki, Azərbaycan Venesiya Komissiyası ilə həmişə əlaqədədir və Seçki Məcəlləsi qəbul olunarkən bu komissiyaya ekspertizaya göndərilmişdi. Əgər zərurət olarsa, səmərəli təkliflər irəli sürülərsə, Seçki Məcəlləsinin təkmilləşdirilməsi mümkündür və məsələyə payız sessiyasında baxmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]