Səfir: Azərbaycan Prezidentinin İrana səfəri tarixi əhəmiyyətə malikdir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin İrana son səfəri tarixi əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yekunları ilə bağlı fevralın 25-də keçirdiyi mətbuat konfransında deyib.
Səfir ölkələrimiz arasında imzalanmış 11 sənəd haqqında ətraflı məlumat verib və bu sənədlərin əməkdaşlığımızın inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair Sazişin imzalanması da mühüm hadisədir.
Möhsün Pakayin Xocalı soyqırımı ilə bağlı fikirlərini də bildirib. O qeyd edib ki, İran xalqı 24 ildir Azərbaycan xalqı ilə həmdərddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]