Səfir: İlk dəfə olaraq Venesuela şairlərinin əsərləri Azərbaycan dilinə çevrilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu dəfə də Bakı Beynəlxalq Kitab Sərgisində Venesuela Bolivar Respublikasını təmsil edirik. Əməkdaşlığımızın davamı olaraq xüsusi bir yeniliklə gəlmişik. İlk dəfə olaraq Venesuela şairlərinin əsərləri Azərbaycan dilinə çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran deyib.
Səfirin sözlərinə görə, ölkəsi sərgidə ötən ildən fərqli olaraq yeni nailiyyətlərlə çıxış edib. “Nəşrlərdən biri Porte Rodriqesin, digəri isə Anna Marianın yaradıcılığına həsr olunub. Bu təşəbbüs Azərbaycan-Venesuela mədəni əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirilir”, - deyə Kristofer Alberto Martinez Berroteran əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]