Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid anası: İsmayıl ülvi arzularla getdi, şərəflə qayıtdı

Naxçıvan, 2 noyabr, Nail Əsgərov, AZƏRTAC

İki şəhid, iki Vətən oğlu uyuyur Kəngərli rayonunun Böyükdüz kənd məzarlığında. Biri Birinci, digəri isə ikinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. İsmayıl Yüzbaşyev igidliyi ilə özündən öncə şəhadətə yüksələn əmioğlusunun qisasını alıb üzüağ gəlib onun yanına. Üçrəngli sevdalısı Şuşanın, Füzulinin, Laçının səmasında əbədi dalğalansın deyə canından keçib, bayrağa bürünüb gəlib. Gedəndə özüylə dünya boyda arzu, istək aparmışdı, gələndə isə dünya boyda qələbə payı gətirib. İllərdir gözlədiyimiz həmin qələbə payını…

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidi İsmayıl Yüzbaşyev 1997-ci il aprelin 1-də Kəngərli rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Ailənin ikinci övladı olan İsmayıl gülər üzü, mehribanlığı, sözünə, əhdinə sədaqəti ilə valideynlərinin, qohum-qonşunun hörmətini qazanıb. Orta məktəbi bitirdikdən sonra-2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan İsmayıl bir il sonra Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması yolunda böyük şücaət göstərib.

Oktyabrın 17-də müharibəyə xüsusi təyinatlı qüvvələrin tərkibində qatılan İsmayıl Füzulinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin düşmən tapdağından azad olunmasında, Laçın dəhlizindəki döyüşlərdə, Daşaltı əməliyyatında əzmini, hünərini ortaya qoyub. 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 4 gün sonra noyabrın 13-də yaşadığı Böyükdüz kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“İsmayıl haqqında nə qədər danışsam sözüm-söhbətim bitməz. Uşaqlığından bizə heç bir əziyyət verməyib. Ağıllı-kamallı uşaq idi. Heç kimlə işi olmazdı. Nə tapşırıq versən, baş üstə deyərdi. Hərbi xidməti bitirdikdən bir müddət sonra dedi ki, orduda işləmək istəyirəm. Sözün açığı atası da, mən də razı deyildik. Heç vaxt sözümüzdən çıxmadığı halda, bu dəfə bizdən xəbərsiz gedib hərbiyə yazılmışdı. Bir gün gördük əlində sənədlə gülə-gülə gəlir. Dedi ki, hərbiyə yazılmışam. Dedik ki, Allah xeyirli etsin, yolun açıq olsun. Hara getsəydi haqqında tərif, xoş söz eşidərdik. Hamı deyirdi halal olsun ki, bu cür övlad böyütmüsünüz”, - deyir böyük qürurla şəhidin anası Nəzakət xanım.

O qeyd edir ki, övladı 11 ay hərbidə işlədikdən sonra müharibə başlayıb: “Qıvraqda xidmət zamanı yazılmışdı xüsusi təyinatlı qüvvələrə. Çox sevirdi Vətənini. Çalışırdı ki, döyüşlərdə iştirak etsin və istəyinə də çatdı. Sonuncu dəfə 2020-ci ilin oktyabrın 21-i zəng etdi evə. Dedi ki, ana, məndən nigaran olma. Müharibədə deyiləm, Gəncədəyəm. Arxa cəbhədəyik. Sonralar bildim ki, mən narahat olmayım deyə elə deyirmiş. Dedim, bala, qorxma, yaxşı olacaq. Dedi ki, ana, niyə qorxuram?! Mən döyüşdəki yoldaşlarımdan artıq deyiləm. Qorxmuram! İsmayıl, doğrudan da çox qorxmaz idi”.

Nəzakət xanım bildirir ki, İsmayıl müharibəyə getməmişdən öncə evə gələrək anasını görüb: “Evə gəlib əl-üzünü yudu. Çarpayıda uzanmışdı ki, zəng gəldi. Komandiri idi. Deyirdi tez gəlin. Bu dəfə evdən çıxanda üz-gözümdən bərk-bərk öpərək boynuma sarıldı. Dedi ki, gedirik təlimə. Zəng etməsəm, narahat olmayın. Bir ay sonra qayıdacağam. Balam ülvü arzularla getdi, şərəflə qayıtdı. Vətən üçün can atırdı, Vətən üçün də canını fəda etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin”

Bəli, Ali Baş Komandanın siyasi iradəsi, İsmayıl Yüzbaşyev kimi Vətənini sevən oğulların sayəsində 5 ildir ki, başımız dik, alnımız açıqdır, xalq, dövlət, ordu olaraq müzəffərik, məğruruq, qalibik. Hər bir gəncimiz, yeni nəsillər igidlərimizin qəhrəmanlığından daim vətənpərvərlik dərsi, tərbiyəsi alacaq, illər, əsrlər ötsə də torpaqlarımızın azadlığı naminə tökülən qanlar, qurban verilən canlar heç zaman unudulmayacaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS