Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəhid və qazilərimiz Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya nümayiş etdirdilər VİDEO

Bakı, 28 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Sentyabrın 28-də İkinci Fəxri xiyabanda Vətən müharibəsinin 9 şəhidinin – polkovnik-leytenant Sədi Musayev, Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ceyhun Həsənov, kapitanlar Şahmar Quliyev, Həmidağa Hüseynzadə, baş leytenant Kamil Rəhimli, leytenantlar İmran Əliyev, Elvin Şükürlü, əsgərlər Cəbrayıl Dövlətzadə və Nurlan Ağakişiyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, 44 günlük Vətən müharibəsi müasir gəncliyin vətənpərvərliyinin, qorxmazlığının bariz nümunəsidir. Bir il əvvəl sentyabrın 27-dən başlayaraq həm ağrılı, həm də qürurlu günlər yaşadıq. Şəhidlərimiz ermənilərin illərdir xalqımıza qarşı törətdiyi amansız faciələrin, torpaqlarımızda etdikləri vəhşiliklərin qisasını aldılar. Qanları, canları ilə Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda yüksəltdilər. O torpaqların hər qarışında şəhidlərimizin qanı var. Bu günlər ağrılı olduğu qədər də fərəhlidir. Tarix yazan qəhrəmanlarımızın sayəsində başımızı dik tuturuq. Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhidlərin portretlərini tutaraq yürüşün önündə getmələri dünyaya bir mesaj idi. Bu, o deməkdir ki, Vətən yolunda canını-qanını verənlər hər birimiz üçün dəyərlidir, onların xatirəsi bütün dünya azərbaycanlıları üçün əzizdir. Şəhidlərimizlə, qazilərimizlə, gənc övladını Vətən yolunda qurban verən məğrur şəhid valideynləri ilə qürur duyuruq.

Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək deyib ki, bir il əvvəl hər kəs erməni faşizminin əsl simasına şahidlik etdi. Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı Azərbaycan Ordusu cəbhəboyu əks-hücum əməliyyatına başladı. Qırx dörd günlük müharibə zamanı Azərbaycanın hərbi qulluqçuları əsl vətənpərvərlik, qəhrəmanlıq nümunələri göstərdilər: “Şəhidlik ən uca zirvədir. O məqama hər kəs ucala bilmir. Şəhadətə qovuşmaq da cəsarət tələb edir. İnsan var adından, var-dövlətindən keçə bilir. Lakin hamı dünyada ən şirin nemət olan canından keçə bilmir. Şəhid valideynlərinin acısını anlayıram. Elə mərd, qorxmaz övladı itirmək, əlbəttə ki, çox ağrılıdır. Lakin şəhidlərimizin əzizləri, doğmaları bilsinlər ki, şəhid olan hər bir hərbi qulluqçumuzun qisası dəfələrlə alınıb. Sentyabrın 27-də dövlətimizin başçısı xalqa müraciətində bildirdi ki, əgər Ermənistan silahlı qüvvələri ərazi bütövlüyümüzə, hərbçilərimizin, dinc sakinlərimizin həyatına təhlükə törədəcək hər hansı bir hərəkətə yol versələr, yerindəcə məhv ediləcəklər. Bu, bizim qəti mövqeyimizdir. Düşmən həmin düşməndir. Onların xislətini dəyişəcəyi inandırıcı deyil. Ona görə də yetişən nəsil Vətən fədailərindən örnək almalıdırlar. Sevindirici haldır ki, bu gün azyaşlı uşaqlar böyüyəndə qəhrəmanlarımız kimi hərbçi olmaq arzularını ilk fürsətdə ifadə edirlər. Bu, çox müsbət haldır. Hamımız şəhidlərimizlə qürur duyuruq. Belə oğulları olan Vətən basılmaz. Şəhid ailələrinin kədərləri böyükdür. Lakin şəhidlər ölmürlər, onlar cənnətin ən gözəl guşələrindədirlər. Şəhidin ruhu o zaman narahat olur ki, torpaq işğal altında qalır. Ancaq bizim şəhidlərimizin hamısının ruhu şaddır. Çünki o torpaqların əsl sahibləri doğma yurdlarına geri qayıdırlar”.

Milli Məclisin deputatı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, onların mənzil və avtomobillərlə təminatı məsələlərinə diqqət çəkib. O, dövlət başçısının şəhid ailələri, müharibə əlilləri və qazilərin problemlərinin diqqətdə saxlanılması ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev xalqımızın ötən il 44 gün ərzində ancaq qələbə sevinci yaşadığın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlıqları hesabına torpaqlarımızın azad olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatları, peşəkar zabitlərin yetişdirilməsini, hərbçilərin döyüş təcrübəsinin artırılmasını Qələbəni şərtləndirən başlıca amillər kimi qeyd edib. R.Quluyev zabit və əsgərlərimizin döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırdıqlarını vurğulayıb.

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şərəfli missiyanı uğurla yerinə yetirən qəhrəman Azərbaycan oğullarının uyuduqları məkanları daim ziyarət etməyin hər kəsin borcu olduğunu diqqətə çatdırıb: “Onların şücaəti, düşməni lərzəyə gətirən qorxmazlığı, ölümün üzərinə cəsarətlə addımlamaları gənclər üçün örnək olmalıdır. Şəhidlərimiz, qazilərimiz xalqımızın əzmkar, döyüşkən və qorxmaz olduğunu bir daha dünyaya nümayiş etdirdilər. Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edəcək, qəhrəmanlıqlarını nəsillərdən-nəsillərə ötürəcəyik. Belə övlad yetişdirdikləri üçün şəhid valideynlərinin qarşısında baş əyirəm”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib ki, Qarabağı görməyən, o cümlədən öz doğma torpaqlarından qundaqda çıxan gənclər Müzəffər Ali Baş Komandanın çağırışına səs verərək cəbhə bölgəsinə axın etdilər: “Birinci Qarabağ müharibəsi döyüşçülərinin, şəhidlərinin davamçıları həm atalarının, doğmalarının qisasını aldılar, həm də onların yarımçıq qalan mübarizələrini uğurla tamamladılar. Xalqımız qədirbilən xalqdır. Sentyabrın 27-də bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz şəhidlərini necə ehtiramla, hörmətlə yad edir. Şəhidlərimizin uyuduğu məkanlar hər bir azərbaycanlı üçün ziyarətgaha çevrilib. Sentyabrın 27-də ən yaddaqalan məqamlardan biri də Prezident İlham Əliyevin şəhid portreti ilə Ali Baş Komandan kimi Anım Günü ilə bağlı keçirilən yürüşə rəhbərlik etməsi idi. Azərbaycan xalqı daim Vətən uğrunda canından, qanından, sağlamlığından keçən bütün şəhid və qazilərə minnətdar olacaq”.

Şəhid leytenant Elvin Şükürlünün qardaşı, baş leytenant Elnur Şükürlü, şəhid polkovnik-leytenant Sədi Musayevin həyat yoldaşı Gülşən Musayeva Vətən uğrunda canını qurban verən doğmaları ilə fəxr etdiklərini, Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadıqlarını bildiriblər.

Şəhidlərin ailə üzvləri çıxışlarını “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur” sözləri ilə yekun vurublar.

Şəhid və qazilərimiz Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya nümayiş etdirdilər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib