ŞƏHİDLƏR ÖLMƏZ-VƏTƏN BÖLÜNMƏZ!
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Türkiyənin tanınmış siyasət, elm, mədəniyyət xadimləri, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, dost və qardaş ölkədə işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər. Şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra salonda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film göstərilmişdir. Sonra çıxışlar olmuşdur. Natiqlər 20 Yanvar hadisələrini Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmiş, 1990-cı ilin Qanlı Yanvarını Türkiyədə məşhur olan “Şəhidlər ölməz-vətən bölünməz!” deyimi ilə dəyərləndirmiş, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsinin yalnız Azərbaycan xalqının yaddaşında deyil, ümumtürk tarixinə də qızıl hərflərlə həkk olunduğunu vurğulamışlar.
Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin sovet ordusu tərəfindən törədilən qanlı cinayətdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini ən çətin günlərimizdə xalqımıza təsəlli və mübarizlik ruhu aşıladığı dönə-dönə vurğulanmışdır.
Sonra tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar hadisələrinə həsr olunmuş fotoekspozisiyaya baxmışlar.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]