ŞƏHİDLƏRİMİZİN QƏHRƏMANLIĞINDAN BƏHS EDƏN KİTABLARIN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçılarımızın Yanvar hadisələrində və Qarabağ müharibəsində şəhid olan insanlarımızın həyatından bəhs edən kitablarının sərgisi açılmışdır. 250-dən artıq kitab və jurnalın nümayiş etdirildiyi sərgini kitabxananın direktoru Leyla Qafurova açaraq Sovet imperiyası ordusunun xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən, əliyalın insanların qəhrəmanlıq mübarizəsındən ətraflı danışmışdır.
Kitabxananın əməkdaşı, həmin hadisələrin canlı şahidi Rəhman Həziyev əsir götürülərək 40 gün müddətində başına gətirilən əzab-əziyyətlərdən, ölkəmizdə şəhidlərimizin xatirəsinə göstərilən ehtiramdan söz açmış, onların adlarının əbədiləşdirildiyini bildirmişdir.
Sərgi yanvarın 24-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]