Şəhidlərimizin xatirəsi daim əziz tutulur
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə anma tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov 1990-cı ilin yanvarında yaşananları bir daha xatırlayıb. O, bu qanlı hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş şəhid Yusif Sadıqovun bacısı, AMEA rəyasət heyəti yanında Terminologiya Komissiyası sədrinin müavini, professor Sayalı Sadıqova qardaşı barədə xatirələrini söyləyib.
Professor Nadir Süleymanov və digər çıxış edənlər yanvar hadisələrinin dəhşətlərindən, xalqımızın azadlıq yolunda göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]