ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RETRO SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Yanvar hadisələri və Qarabağ muharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda retro sərgi açılmışdır.
Sərgidə 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən H.Z.Tağıyev adına uşaqların təsviri yaradıcılıq üzrə xalq universitetinin 10 üzvünün 1992-ci ildə çəkdiyi 60-dan artıq əl işi nümayiş etdirilir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, sənətşünaslıq doktoru, Türkiyədəki Yedditəpə Universitetinin dosenti Rafiq Əzizov və başqaları bildirdilər ki, sərgi dunyanın 20-dən çox ölkəsində 50 dəfədən artıq göstərilmişdir. Həmin hadisələri gözləri ilə görən uşaqların rəsmlərində xalqımızın başına gətirilən müsibətlər aydın təsəvvür yaradır.
Xatırladaq ki, bu sərgi yaxın vaxtlarda Londonda da nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]