İDMAN
Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində növbəti heç-heçəsini edib
![Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində növbəti heç-heçəsini edib](/files/2018/2/1200x630/15351709165742114691_1200x630.jpg)
Bakı, 25 avqust, AZƏRTAC
ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirinin altıncı turu oynanılıb.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb.
Günün digər qarşılaşmalarında ABŞ idmançısı Fabiano Karuana rusiyalı Sergey Karyakinə qalib gəlib. Digər görüşlər isə heç-heçə başa çatıb.
Altı turdan sonra Karuana 4 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3,5 xal olan Məmmədyarov, Qrişuk, Karlsen və Aronyan ikinci-beşinci yerləri bölüşürlər.
Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]
NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq
- 28.06.2024 [11:32]
“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb
- 28.06.2024 [11:12]
Azərbaycan çempionu Monteneqro millisinin qapıçısını transfer edib
- 28.06.2024 [10:32]