ŞƏKİ BARAMAÇILARI MÖVSÜMƏ CİDDİ HAZIRLAŞIRLAR
Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, barama mövsümünün yaxınlaşması ilə əlaqədar rayon üzrə ipəkqurdu toxumuna olan tələbat müəyyənləşdirilmişdir. Cari mövsümdə barama istehsalçılarına 800 qutu və ya 15 kiloqrama yaxın ipəkqurdu toxumunun paylanması nəzərdə tutulmuşdur. Xatırladaq ki, 2006-cı ildə Şəki kümdarları qəbul etdikləri 746 qutu ipəkqurdu toxumundan 11,8 ton yüksək keyfiyyətli barama məhsulu əldə etmişlər.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilir. Cari ildə bu sahədə çalışanların sayının 750-800 nəfərə çatacağı gözlənilir.
Hazırda rayonda mövcud tut bağlarının ümumi sahəsi 357 hektardır. Son iki ildə “Şəki-İpək” ASC-nin xətti ilə rayonda 132 hektar yeni tut bağı salınmışdır. Baramaçılığın inkişafı səhmdar cəmiyyətin xammal ehtiyaclarının ödənilməsinə və əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]