Şəki teatrı tezliklə teatrsevərlərə “Mən öləndə ağlama...” monotamaşasını təqdim edəcək
Şəki, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında müasir dramaturq Pərvinin müəllifi olduğu “Mən öləndə ağlama...” monopyesi əsasında eyniadlı monotamaşanın məşqləri yekunlaşıb. Tamaşa oktyabrın 19-da teatrsevərlərə təqdim olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Monotamaşada ruhi dispanserdə müalicə alan, həyatı boyu psixoloji sarsıntılar yaşamış gənc Leylanın əzablı taleyindən bəhs olunur.
Səhnə əsərində Leyla rolunu teatrın gənc aktrisası Aytac İsmayılzadə ifa edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:06]