Şəkidə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Şəki, 16 yanvar (AZƏRTAC). Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcədən tərtib olunmuş xüsusi tədbirlər planına uyğun olaraq hazırda rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində Qanlı Yanvara həsr olunmuş konfranslar, xatirə gecələri, “dəyirmi masa”lar, şəhid ailə üzvləri ilə görüşlər keçirilir, inşa yazı və şeir müsabiqələri, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur. Məktəblilər Şəhidlər xiyabanını ziyarət edir, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla anırlar.
Faciənin ildönümü ilə əlaqədar mədəniyyət müəssisələrində, kitabxanalarda foto, rəsm və kitab sərgiləri təşkil olunur, guşələr yaradılır, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.
Yanvarın 18-də rayonun bütün ümumtəhsil, ali və orta ixtisas məktəblərində ilk dərslər Qanlı Yanvar mövzusuna həsr olunacaqdır.
Ümumxalq Hüzn Günü ilə əlaqədar yerlərdə şəhid ailələrinə maddi yardımlar göstəriləcək, məscidlərdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxunacaqdır.
Yanvarın 20-də Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, şəhid məzarları ziyarət olunacaq, üzərlərinə əklil qoyulacaq, gül-çiçək düzüləcəkdir. Həmin gün saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [18:20]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [18:14]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:11]
Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da
- 30.09.2026 [18:08]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [18:04]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [18:03]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:59]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:47]
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir
- 30.09.2026 [17:46]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:45]