ŞƏKİDƏ BAYRAM TƏDBİRLƏRİ KEÇİRİLİB
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov geniş məruzə etmişdir. Məruzədə Xalq Cümhuriyyətinin yarandığı dövrə bir daha geniş nəzər salınmış, bu gün müstəqil Azərbaycan Respublikasının məhz ADR-in varisi olduğu xüsusi qeyd edilmişdir. Natiq bildirmişdir ki, XX əsrin sonlarında yenidən öz müstəqilliyini əldə edən Azərbaycanın dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılmış və bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Tədbirin sonunda tanınmış müğənnilərin və yerli özfəaliyyət kollektivlərinin iştirakı ilə böyük bayram konserti olmuşdur.
Həmin gün şəhər stadionunda Respublika gününə həsr olunmuş futbol üzrə şəhər birinciliyinin final oyunu keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]