Şəkidə keçirilən kros qaçışı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib VİDEO






Şəki, 23 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Şəkidə kros qaçışı üzrə ölkə çempionatının qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çempionu olub. 6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.